...

Həsən Ruhani Donald Trampın təklifini rədd edib

Dünya xəbərləri Materials 30 Oktyabr 2017 12:05 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani sentyabrda BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Trampın görüş təklifini rədd edib.
Həsən Ruhani Donald Trampın təklifini rədd edib

Bakı. Trend:

İran Prezidenti Həsən Ruhani sentyabrda BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Trampın görüş təklifini rədd edib.

Trend-in məlumatına görə, bunu İranın Daxili İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi deyib.

B.Qasımi bundan öncə Fransa Prezidenti Emmanuel Makronun bu görüşü təşkil etmək üçün vasitəçi olduğunu yazan İran mediasının iddiasını təkzib edib.

Qeyd edək ki, Baş Assambleyada iki lider bir-birinin ünvanına sərt ifadələr işlətmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti