Bakı. Trend:
ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Sindzo Abe Tokioda ABŞ Prezidenti Donald Trampla görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, təzyiqdə məqsəd Şimali Koreyanın nüvə işlərinin dayandırılmasıdır:
"İndi dialoq xətrinə dialoq aparmağın vaxtı deyil. Artıq Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərməyin vaxtıdır".