...

Qaçqın sığınacağında yanğın - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 15 Noyabr 2017 13:33 (UTC +04:00)
Almaniyanın Bamberq şəhərində qaçqınlar üçün sığınacaqda baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Qaçqın sığınacağında yanğın - Ölən və yaralananlar var

Bakı. Trend:

Almaniyanın Bamberq şəhərində qaçqınlar üçün sığınacaqda yanğın baş verib.

Trend-in məlumatına görə, baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Xəsarət alanların əsasən dəm qazından zəhərləndikləri bildirilir.

Qeyd olunur ki, yanğın baş verən binada 163 nəfər yaşayır.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti