...

“Türk Hava Yolları"nın təyyarəsi Kanadada məcburi eniş etdi

Dünya xəbərləri Materials 27 Noyabr 2017 19:07 (UTC +04:00)
“Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Kanadanın halifaks hava limanında məcburi eniş etməli olub
“Türk Hava Yolları"nın təyyarəsi Kanadada məcburi eniş etdi

Bakı. Trend:

“Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifaks hava limanında məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin özünü pis hiss etməsi səbəb olub.

Təyyarə uğurla eniş etdikdən sonra həmin sərnişin xəstəxanaya çatdırılıb.

İstanbuldan Mayamiyə uçuş həyata keçirən təyyarə bir saatlıq gecikmə ilə Mayami hava limanına eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti