...

İstanbulun ardınca bu şəhərdə də bayram şənlikləri ləğv edildi

Dünya xəbərləri Materials 21 Dekabr 2017 13:56 (UTC +04:00)
Avstraliyanın Melburn şəhərində baş vermiş hücumdan sonra şəhər rəhbərliyi Milad bayramı ilə bağlı tədbirləri ləğv etdiyini açıqlayıb
İstanbulun ardınca bu şəhərdə də bayram şənlikləri ləğv edildi

Bakı. Trend:

Avstraliyanın Melburn şəhərində bu gün baş vermiş avtomobillə hücumdan sonra şəhər rəhbərliyi Milad bayramı ilə bağlı tədbirləri ləğv etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bütün şəhər boyunca nəzərdə tutulmuş işıq şoularının ləğv edilməsi barədə qərar qəbul edilib.

Yeni il bayramı qeyd edilib-edilməməsi ilə bağlı qərar hələ ki, verilməyib.

Qeyd edək ki, Melburnda bu gün naməlum şəxs avtomobili piyadaların üstünə sürüb.

Hadisə nəticəsində 15 nəfər yaralanıb.

Polis insidentin terror aktı olduğunu bildirib. Hücumla bağlı 2 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti