...

Lavrov və Tillerson Suriyanı müzakirə ediblər

Dünya xəbərləri Materials 27 Dekabr 2017 02:35 (UTC +04:00)

Bakı. Trend:

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı tərəflər Suriya məsələsini, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını və Soçidə Milli dialoq konqresini müzakirə ediblər.

Rusiya XİN-nin məlumatında deyilir: "Suriyada münaqişənin aradan qaldırılması üçün, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması ilə, gələcək addımlar və BMT TŞ-nın 2254 qətnaməsi əsasında Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsi müzakirə olunub".

Xəbər lenti

Xəbər lenti