...

Türkiyəli nazirin təyyarəsi təcili eniş edib - yanğın təhlükəsilə bağlı

Dünya xəbərləri Materials 6 Yanvar 2018 16:18 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin ətraf mühit və şəhərçilik naziri Mehmet Özhasekinin təyyarəsi təcili eniş edib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarə Kocaeli vilayətində pilotun kabinəsində yanğın baş verməsi təhlükəsi ilə bağlı təcili enməli olub.

Bildirilir ki, təyyarənin təcili enməsinin səbəbi pilotun kabinəsində baş verən tüstülənmə olub.

Tüstülənmə təyyarənin Sabiha Gökçen hava limanından qalxmasından sonra başlayıb.

Digər təffərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti