...

Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həlak olub

Dünya xəbərləri Materials 14 Yanvar 2018 13:28 (UTC +04:00)
Şərqi Çin dənizində yanan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri həlak olub
Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həlak olub

Bakı. Trend:

Şərqi Çin dənizində yanan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri həlak olub.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyinə İranın Limanların və Dəniz Gəmiçiliyinin Təşkili İdarəsinin Baş direktoru Məhəmməd Rastad deyib.

Onun sözlərinə görə, heyət üzvləri tankerin Hong Kongun CF CRISTAL gəmisi ilə toqquşmasından sonra ilk saatlarda həlak olub.

“CF CRISTAL-ın heyət üzvləri və Çin xilasedicilərinin təqdim etdiyi məlumatlara əsasən, təəssüf ki,İran tankerinin bütün üzvləri toksik qazların təsiri və güclü partlayış nəticəsində hadisədən sonra keçən ilk saatlarda həlak olub”,-deyə İran rəsmisi bildirib.

O əlavə edib ki, baş vermiş yanğını söndürərək İran dənizçilərini xilas etmək cəhdləri davam edən partlayışlara görə müvəffəqiyətsiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti