Bakı. Trend:
Nyu-Yorkdan Təl-Əvivə uçan təyyarə Kanadada aviabazada məcburi eniş edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, yüzlərlə sərnişin Kanada HHQ-in bazasında 12 saat rezerv təyyarəni gözləyiblər.
"Boeing-747" təyyarəsi şassidə yanğın barədə siqnala görə məcbur enməli olub.
Yerli telekanal bildirir ki, yüzlərlə sərnişin təyyarədə qalıb: "Güclü şaxtaya görə (-30 dərəcə) onlara təyyarədən kənara çıxmaq qadağan edilib".