Bakı. Trend:
Kamçatka sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 375 kilometr aralıda, ocağı isə 491 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.