...

Meksikada avtomobil qatar ilə toqquşub: 5 ölü, 10 yaralı

Dünya xəbərləri Materials 19 Yanvar 2018 07:11 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Halisko ştatında avtomobil qatar ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində 5 nəfər həlak olub və 10 nəfər xəsarət alıb. Ölənlərin arasında bir, yaralananların arasında 6-sı uşaq olub.

Qeyd edək ki, ötən gün Meksikada qatar relsdən çıxıb. Qatar relsdən çıxdıqdan sonra dəmiryolunun yanındakı evin üzərinə aşıb. Evdə olan 5 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti