...

Çavuşoğlu: ABŞ terrorçuların dili ilə danışır

Dünya xəbərləri Materials 23 Yanvar 2018 09:38 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır.
Çavuşoğlu: ABŞ terrorçuların dili ilə danışır

Bakı. Rufiz Hafizoğlu - Trend:

PYD və YPG bölmələrinin Türkiyə ərazisinə raket zərbəsi endirmədiyini bildirən ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Birləşmiş Ştatlar terrorçulardan sitat gətirmək əvəzinə Türkiyənin təqdim etdiyi faktlara inanmalıdır.

M.Çavuşoğlu vurğulayıb ki, PYD və YPG terrorçuları Türkiyə üçün real təhdiddir.

Qeyd edək ki, ötən gün PYD və YPG terrorçularının Türkiyənin Hatay vilayətini atəşə tutması nəticəsində bir nəfər ölüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti