Bakı. Trend:
ABŞ Konqresinə təqdim edilən "Kreml məruzəsi" sənədi sanksiya deyil, tövsiyə xarakterlidir.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirlik bəyan edir ki, ayrı-ayrı şəxslərin və ya təşkilatların hesabatın hər hansı hissəsinə daxil edilməsi bu fiziki və hüquqi şəxslərə qarşı sanskiya tətbiqini nəzərdə tutmur: "Sənəd belə şəxslərə qarşı hər hansı məhdudiyyət və qadağa da yaratmır".
Qeyd edək ki, ABŞ-da "Kreml məruzəsi" adlı siyahı dərc olunub. Hesab edilir ki, sənəddə adı keçən Rusiya rəhbərliyinə yaxın şəxslər Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri ilə qarşılaşa bilərlər.