...

Türkiyə əhalisi 22 ildən sonra 100 milyona olacaq

Dünya xəbərləri Materials 21 Fevral 2018 13:28 (UTC +04:00)
Türkiyə Statistika İnstitutu növbəti 22 il ərzində Türkiyədə əhalinin 100 milyon nəfərədək artacağını proqnozlaşdırır
Türkiyə əhalisi 22 ildən sonra 100 milyona olacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Statistika İnstitutu növbəti 22 il ərzində Türkiyədə əhalinin 100 milyon nəfərədək artacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, proqnozlara əsasən, 2023-cü ilin sonunadək Türkiyə əhalisi 86.907.367 nəfər təşkil edəcək.

Həmin müddətdə İstanbulda 16,3 milyon, Ankarada 6,1 milyon, İzmirdə 4,6 milyon sakinin olacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, ölkə əhalisi 80,8 milyon nəfərə bərabər olub.

Xəbər lenti

Xəbər lenti