...

Norveç 3 il ərzində Suriyadan 20 mindən çox qaçqın qəbul edib

Dünya xəbərləri Materials 25 Fevral 2018 03:17 (UTC +04:00)
Norveç 3 il ərzində Suriyadan 22 minə yaxın qaçqın qəbul edib
Norveç 3 il ərzində Suriyadan 20 mindən çox qaçqın qəbul edib

Bakı. Trend:

Norveç 3 il ərzində Suriyadan 22 minə yaxın qaçqın qəbul edib.

Trend-in məlumatına görə, bu barədə krallığının Mərkəzi bürosunun yaydığı statistikada deyilir.

Statistikaya əsasən, 2018-ci ilin əvvəlində Norveçdə leqal yolla 26 minə yaxın suriyalı yaşayıb. Bu statistika yalnız ölkədə yaşamaq üçün icazəsi və sığınacaq alan miqrantları nəzərdə tutur.

2013-cü ildə əhalisinin sayı 5,3 milyona yaxınlaşan Norveçdə cəmi 3,5 min suriyalı yaşayıb. 2014-cü ildə bu rəqəm iki dəfə artıb, 2015-ci ildə isə 2,5 dəfə artaraq 19 minə çatıb. Lakin Avropada miqrasiya böhranın kəskin fazasını başa çatmasından, Şengen zonası daxilində sərhəd nəzarətinin tətbiq edilməsi tədbirlərindən və Norveç qanunvericiliyin sərtləşdirilməsindən sonra vəziyyət dəyişdi, və 2016-cı ildə Norveçsə cəmi 3 min suriyalı məskunlaşa bildi. 2017-ci ildə isə bu rəqəmə daha 4 min əlavə olundu.

Son iki il ərzində miqrant axını əsasən ailə immiqrasiyası və BMT-nin Suriyadan qaçqınların köçürülməsi üzrə proqramının hesabına gedir, və bu proqram çərçivəsində Norveç 2016-2019-cu illərdə 8 min suriyalını qəbul etmək öhdəliyini öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti