...

Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ HDQ-nin təyyarə gəmisi aşkarlanıb

Dünya xəbərləri Materials 7 Mart 2018 04:16 (UTC +04:00)
Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Leksington" təyyarə gəmisi aşkarlanıb
Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ HDQ-nin təyyarə gəmisi aşkarlanıb

Bakı. Trend:

Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Leksington" təyyarə gəmisi aşkarlanıb.

Trend-in məlumatına görə, gəminin qalıqlarını "Microsoft" korporasiyasının həmtəsisçisi Pol Allen tərəfindən maliyyələşdirilən axtarış ekspedisiyası aşkar edib.

Təyyarə gəmisinin qalıqları 75 ildən artıq müddət ərzində Avstraliya sahillərindən 900 kilometr aralıda və 3 min metr dərinlikdə olub.

"Leksington"un qalıqları martın 4-ü aşkar edilib, lakin bu barədə yalnız indi məlum olub.

Qeyd edək ki, "Leksington" təyyarə gəmisi 1942-ci il 8 may tarixində Mərcan dənizində gedən döyüşlər zamanı batıb. "Leksington"un göyərtəsində 3 minə yaxın heyyət üzvü olub, onlardan 200-ü həlak olub.

Xəbər lenti

Xəbər lenti