Bakı. Trend:
ABŞ-ın Alabama ştatının Birminqem şəhərində xəstəxanaların birində atışma baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Atəş açan şəxs daha sonra intihar edib. Həmin şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.
Polis hadisənin baş vermə səbəblərini araşdırır.