...

Ərdoğan və Merkel ikitərəfli münasibətləri müzakirə ediblər

Dünya xəbərləri Materials 16 Mart 2018 07:01 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Ərdoğan və Merkel ikitərəfli münasibətləri müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, danışıq zamanı ikitərəfli münasibətlər, həmçinin Türkiyə-Aİ münasibətləri və regional məsələlər müzakirə olunub.

Söhbət zamanı hər iki lider Türkiyə və Almaniya arasında dialoq və əməkdaşlığa təkan vermək qətiyyətini vurğulayıblar. Terror təşkilatları ilə mübarizənin zəruriliyi qeyd edilib.

Ərdoğan həmçinin Merkelə Afrində keçirilən "Zeytun budağı" əməliyyatı barəsində məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti