...

Məşhur “H&M” müflis olmağın astanasında

Dünya xəbərləri Materials 28 Mart 2018 16:19 (UTC +04:00)
İsveçin məşhur “H&M” mağazalar şəbəkəsi 2018-ci ilin birinci rübündə gəlirlərinin 44 faiz azaldığını bildirib
Məşhur “H&M” müflis olmağın astanasında

Bakı. Trend:

İsveçin məşhur “H&M” mağazalar şəbəkəsi 2018-ci ilin birinci rübündə gəlirlərinin 44 faiz azaldığını bildirib.

Trend-in məlumatına görə, bu göstərici şirkətin son 20 il ərzində ən aşağı göstəricisi olub.

Ötən ilin sonunda şirkətin anbarlarında 4 milyard dollardan çox məbləğdə satılmayan mal qalıb.

“H&M”in rəhbərliyi bu kəskin enişin səbəbini şirkətin satılan malların çeşidini azaltması ilə izah edib. 43 yaşlı milyarder Karl-Yohan Presson satışların 2018-ci ilin ikinci yarısında artacağına ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti