Bakı. Trend:
Salvadorda 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri San-Salvador şəhərindən 84 kilometr cənub-şərqdə, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.