Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Trend-in verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Məlumata əsasən, prezident Tramp İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha ifadə edib.
Bundan əlavə, iki ölkə lideri İranın təsirinin qarşısının alınmasında əməkdaşlığa dair razılığa gəlib.