...

Rusiya ilə Misir arasında birbaşa hava əlaqəsi bərpa edilib

Dünya xəbərləri Materials 12 Aprel 2018 04:15 (UTC +04:00)
Rusiya Misirlə birbaşa hava əlaqəsini bərpa edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Rusiya ilə Misir arasında birbaşa hava əlaqəsi bərpa edilib

Bakı. Trend:

Rusiya Misirlə birbaşa hava əlaqəsini bərpa edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, 2,5 il fasilədən sonra ilk təyyarə Moskvanın "Şeremetyevo" hava limanından Qahirəyə uçub.

SU400 reysini yerinə yetirən təyyarə Moskva vaxtı ilə 21:05-də havaya qalxıb. İlk reyslə Misirin paytaxtına 120-ə yaxın sərnişin uçub.

İki ölkə arasında hava əlaqəsi 2015-ci ilin payızında "Koqalımavia" aviaşirkətinin təyyarəsinin Sinay yarımadasının üstündə qəzaya uğramasından sonra kəsilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti