Bakı. Rufiz Hafizoğlu - Trend:
Müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edir.
Trend-in məlumatına görə, D.Bahçeli növbədənkənar seçkilərin bu il avqustun 26-da keçirilməli olduğunu bildirib.
O vurğulayıb ki, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz.
Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.