Bakı. Trend:
Fransanın xarici işlər naziri Jan-İv Le Drian Suriyaya heç bir hərbi müdaxilənin olunmayacağını deyib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Nazir bildirib: "Kimyəvi arsenala qarşı olan müdaxilədən başqa heç bir hərbi müdaxilə olunmayacaq. Digər müdaxilə olmayacaq".
Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.