Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.
Trend-in TOLOnews telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində yaralananların 112-yə çatıb. Daha öncə 31 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi. Ölənlər arasında uşaq da var.
Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib. Ölkənin DİN rəsmisi Nəcib Daniş bildirib ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.