Bakı. Trend:
Pekin ABŞ-da Çin investisiyalarına qoyulacaq mümkün baryerlərə hazırdır. Trend-in məlumatına görə, bunu Çinin Kommersiya Nazirliyinin rəsmisi Qao Fen deyib.
Çin rəsmisi qeyd edib: "İstənilən birtərəfli tədbirlərin qəti əleyhinəyik. Çin Vaşınqton tərəfindən istənilən mümkün tədbirlərə hazırdır".
O vurğulayıb ki, məhz Çin kapitalı hesabına ABŞ-da çoxlu sayda iş yerləri açılıb, bununla da Çin ABŞ iqtisadiyyatının inkişafına təsir edib.
Qeyd edək ki, mart ayından ABŞ və Çin arasında "ticarət müharibəsi" aktuallaşıb.