...

Ermənistanda deputatlar parlamenti boykot edir

Dünya xəbərləri Materials 2 May 2018 12:25 (UTC +04:00)
Ermənistan parlamentində bu günə nəzərdə tutulan növbəti iclas baş tutmayıb.
Ermənistanda deputatlar parlamenti boykot edir

Bakı. Trend:

Ermənistan parlamentində bu günə nəzərdə tutulan növbəti iclas baş tutmayıb.

Trend-in məlumatına görə, buna yetərsayın əldə olunmaması səbəb olub.

Qeyd olunur ki, bugünkü iclas üçün 105 deputatdan yalnız 29-u qeydiyyatdan keçib. İclasın başlaması üçün 53 deputatın iştirakı vacibdir.

Müxalif “Tsarukyan” bloku bu həftə ərzində parlamentin işini boykot edəcəyini açıqlayıb.

Qeyd edək ki, ötən gün Nikol Paşinyanın baş nazir seçilə bilməməsi ilə əlaqədar onun tərəfdarları Yerevanda əsas yolları və küçələri bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti