...

ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 2 May 2018 20:37 (UTC +04:00)
ABŞ-ın C-130 hərbi-nəqliyyat təyyarəsi Corciya ştatında qəzaya uğrayıb.
ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-ın C-130 hərbi-nəqliyyat təyyarəsi Corciya ştatında qəzaya uğrayıb.

Trend-in xəbərinə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda deyilir: "Bu, milli qvardiyaya məxsus təyyarə olub. Hazırda əlavə məlumat yoxdur".

"Twitter"də isə Savanna şəhərinin peşəkar yanğınsöndürənlər assosiasiyası qəzaya uğrayan təyyarənin şəklini paylaşıb. Fotoda təyyarənin yandığı görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti