...

Türkiyə ABŞ-ın İranla sazişdən çıxmasını şərh edib

Dünya xəbərləri Materials 9 May 2018 08:03 (UTC +04:00)

Bakı. Trend:

ABŞ nüvə sazişindən çıxması qərarı uğursuz addımdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına əsasən, İran bu saziş üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. ABŞ-ın nüvə sazişindən çıxması qərarını uğursuz addım kimi dəyərləndiririk. İstənilən fikir ayrılıqlarını Birgə Hərtərəfli Fəaliyyət Planına uyğun olaraq diplomatik yolla həll etmək lazımdır. Sazişin həyata keçirilməsi davam etdirilməlidir".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Xəbər lenti

Xəbər lenti