...

Nikol Paşinyan Baş Qərargah rəisini işdən çıxardır

Dünya xəbərləri Materials 24 May 2018 12:25 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında bəyan edib ki, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Movses Akopyanın işdən azad edilməsi barədə prezidentə təklif göndərib.

Trend-in məlumatına görə, N.Paşinyan deyib: “Bu gün Silahlı Qüvvələrin Baş Qərargahının yeni rəisi təyin ediləcək".

Yeni Qərargah rəisi mayın 25-də silahlı qüvvələrə təqdim olunacaq.

Qeyd edilir ki, keçmiş rəis başqa işə keçirilməsi səbəbindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti