Bakı. Trend:
Bu gün Moldovanın paytaxtı Kişinyovda yerli hakimiyyət orqanlarına növbədənkənar seçkilər başlayıb.
Trend-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.
Bu dəfə seçkilərdə iştirakçı məhdudiyyəti olmayacaq, səsvermə istənilən halda baş tutmuş sayılacaq. Ən çox səs qazanan namizəd qalib olacaq.
İkinci tura Moldova Prezidentinin keçmiş müşaviri İon Çeban (paytaxtın Şəhər Şurasında sosialist fraksiyasının sədri) və Andrey Nestase - "Qürur və Həqiqət Platforması” partiyasının lideri vəsiqə qazanıblar.
Moldova qanunvericiliyinə uyğun olaraq, ikinci tur birinci turdan iki həftə sonra keçirilməlidir.
Seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 21:00) bağlanacaq.