...

Poroşenko TANAP-ın açılışında iştirak edəcək

Dünya xəbərləri Materials 12 İyun 2018 00:28 (UTC +04:00)
Ukrayna prezidenti Petro Poroşenko bu gün Türkiyəyə səfər edəcək.
Poroşenko TANAP-ın açılışında iştirak edəcək

Bakı. Trend:

Ukrayna prezidenti Petro Poroşenko bu gün Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, səfər çərçivəsində Poroşenko Transanadolu qaz kəmərinin (TANAP) açılışında iştirak edəcək.

"Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğanın dəvəti əsasında həyata keçirilir. Səfər proqramına xarici dövlətlərin liderləri ilə bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub", deyə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti