Bakı. Trend:
"Taliban" Əfqanıstanın Bafqis vilayətində təhlükəsizlik qüvvələrinin 2 məntəqəsinə hücum edib.
Trend-in məlumatına görə, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 30 əməkdaşı həlak olub.
Qeyd edək ki, şənbə günü Əfqanıstan prezidenti Əşrəf Qəni hökumət və "Taliban" radikal hərəkatı arasında atəşkəs rejiminin daha 10 gün uzadılması barədə bəyan etmişdi. Atəşkəs isə daha öncə 11-19 iyun tarixləri arasında elan edilmişdi.