...

Çində avtobus qəzası - 18 ölü

Dünya xəbərləri Materials 30 İyun 2018 09:57 (UTC +04:00)
Çinin Xunan əyalətində sərnişin avtobusunun yarımqoşqulu avtomobillə toqquşması nəticəsində qəza baş verib.
Çində avtobus qəzası - 18 ölü

Bakı. Trend:

Çinin Xunan əyalətində sərnişin avtobusunun yarımqoşqulu avtomobillə toqquşması nəticəsində qəza baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində azı 18 nəfərin öldüyü bildirilir. Məlumata görə, daha 14 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə avtomobil yolunun Pekin-Honqkonq hissəsində baş verib. İlkin ehtimala görə, qəzaya səbəb avtobusun qəfildən yoldan çıxması, qarşı tərəfin yoluna keçməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti