...

Yaponiyanın Baş naziri səfərlərini NİYƏ təxirə saldı?

Dünya xəbərləri Materials 9 İyul 2018 12:22 (UTC +04:00)
Yaponiyada baş vermiş daşqınlarla əlaqədar olaraq Baş nazir Sindzo Abe xarici səfərlərini təxirə salmalı olub
Yaponiyanın Baş naziri səfərlərini NİYƏ təxirə saldı?

Bakı. Trend:

Yaponiyada baş vermiş daşqınlarla əlaqədar olaraq Baş nazir Sindzo Abe xarici səfərlərini təxirə salmalı olub.

Trend-in məlumatına görə, S.Abe Avropaya və Yaxın Şərqə səfər etməyi planlaşdırırmış.

Onun Brüsseldə Yaponiya və Avropa İttifaqı arasında azad ticarət haqqında saziş imzalayacağı gözlənilirdi.

Əvəzində S.Abe Yaponiyanın daşqın və torpaq sürüşmələrindən əziyyət çəkən bölgələrinə səfər edəcək.

Qeyd edək ki, son bir neçə gün ərzində davam etmiş leysan yağışı və daşqınlar nəticəsində həlak olanların 109 nəfərə çatıb. 79 nəfər itkin düşmüş hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti