...

Kuba parlamenti hakimiyyətin yeni tərkibi təsdiqləyib

Dünya xəbərləri Materials 22 İyul 2018 02:36 (UTC +04:00)
Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (birpalatalı parlament) plenar iclasda ölkənin Nazirlər Şurasının yeni tərkibini təsdiqləyib.
Kuba parlamenti hakimiyyətin yeni tərkibi təsdiqləyib

Bakı. Trend:

Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (birpalatalı parlament) plenar iclasda ölkənin Nazirlər Şurasının yeni tərkibini təsdiqləyib.

Trend-in məlumatına görə, yeni hakimiyyətə namizədlər aprel ayından ölkənin başçısı postunu tutan Dövlət Şurasının sədri Migel Dias-Kanel tərəfindən irəli sürülüb.

Deputatlar bütün namizədlikləri yekdilliklə dəstəkləyiblər.

Ölkənin yeni Nazirlər Şurasının tərkibinə 34 nəfər daxil olub. Hal-hazırda Raul Kastro tərəfindən formalaşdırılmış əvvəlki kabinetin bir çox üzvü öz vəzifələrini yerinə yetirməyi davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti