Bakı. Trend:
Əfqanıstanda tibb mərkəzinə edilən hücum nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Qeyd olunur ki, ölənlər mərkəzin əməkdaşlarıdır.
Trend-in "Tolo News"a istinadən verdiyi məlumata əsasən, terrorçuların hücumunun qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.
Hadisə ölkənin Nanqarhar vilayətində baş verib. Terrorçular mərkəzə yerli vaxtla 11:30-da hücum ediblər. Hücum beş saata yaxın davam edib.