...

“Facebook” yenə çökdü

Dünya xəbərləri Materials 4 Avqust 2018 01:31 (UTC +04:00)
ABŞ və Avropada “Facebook” istifadəçiləri ciddi problemlərlə üzləşiblər
“Facebook” yenə çökdü

Bakı. Tural Turan - Trend:

Sosial şəbəkənin fəaliyyətində problemlər Bakı vaxtı ilə 20:00-dan etibarən müşahidə olunub. Trend-in məlumatına görə, istifadəçilərin böyük əksəriyyəti ümumiyyətlə şəbəkənin fəaliyyətsizliyindən şikayətlənirlər (43%).

Eyni zamanda bəzi istifadəçilər öz səhifələrinə daxil ola bilmirlər (32%) və yaxud mobil əlavələrdən istifadələri mümkünsüzdür (24%).

Sosial şəbəkənin işində ən ciddi problemlər isə ABŞ, Argentina, Böyük Britaniya, Macarıstan, Hindistan, Filippin, İtaliya, Ukrayna və Gürcüstanda müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti