Bakı. Trend:
Hindistanda yağışlar mövsümü başlayandan 774 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, daha çox qurban və dağıntılar Kerala ştatında qeyd alınıb. Burada 187 nəfər həyatını itirib.
Eləcə də Uttar-Pradeş, Qudcarat, Assam və Naqalend ştatlarında ölənlər və xəsarət alanlar olub.
Ümumilikdə daha 30 nəfər itkin düşmüş hesab edilir.