Bakı. Trend:
Hindistanın cənubundakı Kerala ştatında daşqınlar nəticəsində bir həftə ərzində ölənlərin sayı 167 nəfərə çatıb.
Trend-in məlumatına görə, musson yağışları avqustun 8-dən başlayıb.
Kerala ştatının 14 rayonunun hər birində "qırmızı" təhlükə səviyyəsi elan edilib.
Ştatda fəaliyyət göstərən Koşin beynəlxalq hava limanı qeyri-müəyyən müddətə bağlanıb.