...

İtaliyada dağılan körpü yenidən bərpa olunacaq

Dünya xəbərləri Materials 28 Avqust 2018 14:41 (UTC +04:00)
İtaliyada dağılan körpü yenidən bərpa olunacaq.
İtaliyada dağılan körpü yenidən bərpa olunacaq

Bakı. Ceyhun Ələkbərov - Trend:

İtaliyanın Genuya şəhərində dağılaraq 43 nəfərin ölümünə səbəb olan avtomobil körpüsü yenidən qurulacaq.

Trend-in məlumatına görə, İtaliyada pullu yolları idarə edən və sazlığına cavabdeh olan “Autostrade per l'Italia” şirkəti avqustun 14-də Genuya şəhərində dağılan körpünün bərpası üçün pul ayıracaq. Körpünün bərpası isə başqa şirkətə həvalə olunub.

İtaliya İnfrastruktur və Nəqliyyat naziri Danielo Toninellinin sözlərinə görə, “Morandi” körpüsünün bərpa işlərinə ən böyük özəl gəmiqayırma zavodu “Fincantieri” baxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti