...

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

Dünya xəbərləri Materials 7 Sentyabr 2018 11:08 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

İranın cənubunda güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar 5.5 bal gücündə olub.

Bildirilir ki, zəlzələ Bam vilayətindən 126 kilometr aralıda, saat 06:23 radələrində qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 10 kilometr olub.

Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti