Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın Baş naziri Sindzo Abeyə sülh müqaviləsi bağlamağı təklif edib.
Trend-in məlumatına görə, RF lideri belə bir bəyanatla Şərqi İqtisadi Forum çərçivəsində çıxış edib.
V.Putin qeyd edib: "Gəlin, sülh müqaviləsi bağlayaq, lakin indi yox, ilin sonunadək və heç bir ilkin şərt irəli sürmədən".
Onun sözlərinə görə, bu müqavilə əsasında ölkələr mübahisəli məsələləri həll etməyə davam edəcək:
"Düşünürəm ki, bu, bizim üçün 70 ildir öhdəsindən gələ bilmədiyimiz problemlərin həllini asanlaşdıracaq".