...

Abe yenidən partiya sədri seçilib

Dünya xəbərləri Materials 21 Sentyabr 2018 03:52 (UTC +04:00)
Yaponiyanın Baş naziri Sindzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.
Abe yenidən partiya sədri seçilib

Yaponiyanın Baş naziri Sindzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.

Trend-in məlumatına görə, partiyanın sədrliyi üçün keçirilən səsvermədə Abe 807 səsin 70%-ni (553 səs) qazanaraq, rəqibi Şigeru Işibanı geridə qoyub.

Abe partiya sədri seçildikdən sonra çıxış edərək: "İndi konstitusiya dəyişikliyi məsələsini müzakirə etmənin zamanıdır. Mübarizə indi başlayır. Gəlin yeni bir Yaponiya üçün birlikdə işləyək" ifadələrini işlətdi.

Yaponiyada 2012-ci ildən bu yana LDP-nin lideri olan və Baş nazir vəzifəsini icra edən 63 yaşlı Abe 2021-ci ilədək vəzifəsində qaldığı təqdirdə ən uzun müddət Baş nazir olan Taro Katsuranın 2886 günlük rekordunu geridə qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti