...

Nyu-Yorkda qadın uşaq bağçasına bıçaqla hücum etdi - 5 yaralı

Dünya xəbərləri Materials 21 Sentyabr 2018 14:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində qadın uşaq bağçasına hücum edib. Trend-in məlumatına görə, hücum nəticəsində 5 nəfər bıçaq xəsarəti alıb.

Xəsarət alanlardan 3-nün uşaq olduğu deyilir.

Hücum edən 52 yaşlı qadın saxlanılıb. Qadının hücum zamanı özünə də bıçaqla xəsarətlər yetirdiyi bildirilir.

Hücumun digər təfərrüatları hələlik məlum deyil. Polis saxlanılan qadın ətrafında araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti