...

İstanbulda 2 çexiyalı turist kulinariya şousu zamanı yanıq xəsarətləri alıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2018 00:24 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində yerləşən restoranların birində kulinariya şousu zamanı yanacaq partlayışı baş verib
İstanbulda 2 çexiyalı turist kulinariya şousu zamanı yanıq xəsarətləri alıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yerləşən restoranların birində kulinariya şousu zamanı yanacaq partlayışı baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyi xəbər verir.

Məlumata əsasən, baş verən partlayış nəticəsində 2 çexiyalı turist (qadın və kişi) yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib və oktyabrın 1-dək həkim nəzarəti altında qalacaqlar.

Bildirilir ki, qadının bədənin 35 faizində, kişinin isə bədənin 15 faizində yanıq xəsarətləri qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti