...

Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2018 04:15 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri Ceyms Mettis oktyabr ayına Pekinə planlaşdırılan səfərini təxirə salıb
Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Ceyms Mettis oktyabr ayına Pekinə planlaşdırılan səfərini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan əməkdaşına istinadən xəbər verir.

Əvvəlcə güman edilirdi ki, Pentaqonun rəhbəri Pekinə səfər edəcək və orada çin rəsmiləri ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Telekanalın məlumatına əsasən, səfərin təxirə salınmasına dair qərar Pekin və Vaşinqton arasındakı münasibətlərdə artan gərginliyin fonunda qəbul edilib.

Bununla belə, Pentaqonda səfərin təxirə salınmasını hələki təsdiq etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti