Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FED) tez-tez faizləri artırdığını bildirərək qurumu yenidən tənqid edib.
Trend-in məlumatına görə, FED müstəqil olduğu üçün valyuta siyasəti ilə bağlı bankın rəhbəri Cerom Pouellə görüşmədiyini deyən Tramp, onun etdiklərindən razı olmadığını vurğulayıb.
Xatırladaq ki, Tramp prezident seçildikdən sonra FED 6 dəfə uçot dərəcəsini artırıb.