Bakı. Trend:
Naməlum şəxslər Haiti prezidenti Jovenel Moizanı odlu silahlardan atəşə tutublar.
Trend-in məlumatına görə, ölkə prezidenti milli qəhrəmanın abidəsi önünə gül qoyduğu zaman naməlum şəxslər prezidenti atəşə tutublar. J.Moizanın mühafizəçiləri onu təhlükəsiz yerə apara bilib. Prezident xəsarət almayıb.
Haiti prezidentinin mühafizəçilərindən 2-si yaralanıb. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.