...

Kiyevdə qazın bahalaşmasına etiraz edirlər

Dünya xəbərləri Materials 24 Oktyabr 2018 11:05 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə mitinq keçirilir.

Trend-in məlumatına görə, Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun "Batkivşina" partiyasının təşkil etdiyi mitinqin iştirakçıları qazın qiymətinin qalxmasına etiraz edirlər.

Prezident Administrasiyasının inzibati binasının yaxınlığına toplaşan etirazçıların qarşısını polis əməkdaşları kəsib.

Mitinq sakit şəkildə keçir.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti oktyabrın 19-da qazın qiymətinin əhali üçün noyabrın 1-dən 23,5 faiz artırılması barədə qərar qəbul edib. Yeni qiymət hər min kubmetrə 8,5 min qrivna (305 dollar) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti